2 oktyabr 2011 - 20:30

Düşmən cavab atəşi ilə susdurulub.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Müdafiə Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, İşğalçı Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 2-də saat 16.30-dan 16.35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- oktyabrın 2-də saat 04.15-dən 04.20-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 04.15-dən 04.30-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Müsəlman Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır