30 sentyabr 2011 - 20:30

Sessiyada oktyabrın 18-də Bakıda Dövlət Müstəqilliyi Günü ilə bağlı bayram yürüşü keçirilməsinə qərar verilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Oktyabrın 1-də Müsavat Partiyasının mərkəzi qərargahında müxalif İctimai Palatanın sessiyası keçirilib.

Sessiyada oktyabrın 18-də Bakıda Dövlət Müstəqilliyi Günü ilə bağlı bayram yürüşü keçirilməsinə qərar verilib. Yürüşün hansı marşrut üzrə keçirilməsi sonra dəqiqləşdiriləcək.

Sessiyada 2 aprel məhbusları Elşən Həsənov, Məhəmməd Məcidli, Ülvi Quliyev, Babək Həsənov, Zülfüqar Eyvazov, Arif Alışlı, Rüfət Hacıbəyli, Elnur İsrəfilov və Elnur Məcidli İctimai Palataya üzv qəbul olunublar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır