29 sentyabr 2011 - 20:30

Səfər İran parlamentinin sədri Əli Laricaninin şəxsi dəvəti ilə həyata keçirilir. Şeyxülislam iclasda məruzə ilə çıxış edəcək. Onun İran dövlətinin rəhbərliyi və rəsmi şəxsləri ilə yüksək səviyyədə görüşləri də nəzərdə tutulur.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 1-2-də İran İslam Respublikasının paytaxtı Tehranda keçiriləcək “Fələstin xalq hərəkatının müdafiə olunması” mövzusunda iclasda iştirak edəcək.

Səfər İran parlamentinin sədri Əli Laricaninin şəxsi dəvəti ilə həyata keçirilir. Şeyxülislam iclasda məruzə ilə çıxış edəcək. Onun İran dövlətinin rəhbərliyi və rəsmi şəxsləri ilə yüksək səviyyədə görüşləri də nəzərdə tutulur.

Məlumatı QMİ-nin mətbuat xidməti yayıb.

P.S: Qeyd edək ki, Paşazadənin İran İslam Respublikasına gedişi bu ölkədən imtiyaz alması ilə, yaxud bu ölkəyə imtiyaz verməsi ilə də bağlı ola bilər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır