Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: BMT Fələstinin tam üzvlük müraciətini Qiymətləndirmə Komitəsinə göndərib. Lobbi işlərini davam etdirən Fələstin rəhbərliyi 8 ölkənin onları dəstəklədiyini açıqlayıb.
Fələstin xarici işlər naziri Riyad əl-Maliki, BMT-nin 15 üzvündən 8-nin Fələstinin tam dövlət olaraq BMT tərəfindən tanınması təklifini müsbət qarşıladığını deyib. 9-cu üzv üçün görüşləri davam etdiklərini söyləyib. Əl-Maliki, Rusiya, Çin, Hindistan, Cənubi Afrika, Braziliya, Livan, Nigeriya və Qabonun Fələstinin tələbinə dəstək verəcəklərini, Bosniya və Herseqovina və Kolumbiyanı razı salmaq üçün işlərə davam etdiklərini bildirib.
Qeyd edək ki, ABŞ və İsrail, Fələstinin BMT-də tanınmasına mane olmaq üçün ümidini 1,5 milyonluq Afrika ölkəsi Qabona bağlamışdı.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır