Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: ABŞ sahillərinə raket yüklü hərbi gəmi göndərən İran, ötən gün də təyyarə daşıyan gəmi istehsal edəcəyini açıqlayıb. "FHA"nın verdiyi xəbərə görə, İran Dəniz Qüvvələrinin rəsmilərindən Mansur Maqsudlu İran donanmasının müxtəlif tiplərdə gəmilər hazırlamaqda mütəxəssisləşdiyini deyərək, əlavə edib ki, ölkəsi indi də vertolyot və təyyarə daşıyan gəmilərin istehsalı üçün texniki işlər görür.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır