Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikasında Elmi Hövzənin yeni tədris ilinin başlanması ilə əlaqədar Dünya Müsəlmanlarının Rəhbəri, Həzrəti Ayətullah Seyyid Əli Xamneyi Dərs Xaricin (Fiqh Elminin Məruzələrinin) yeni dövrəsinə İmam Xomeyni (r.ə) adına Hüseyniyyədə başlamışlar.
Həzərti Ayətullah İmam Xamneyi Fiqh Elminin Məruzəsin “Kahinlik” (Qeybdən Xəbər Verməklik) mövzusu ilə başlayacaqdır.
İslam bəzi gəlir mənbələrin qadağan etmişdir. O, cümlədən xalqı aldatmaq və hiylə gəlib pul qazanmaq yoludur.
"Cəvahirul Kəlam" kitabında belə yazılıb: Kahinlik elmi, onun öyrənib öyrədilməsi, onu öyrənmək məqsədi ilə pul ödəmək, ona əməl etmək və ona görə pul almaq bütün alimlərin (icma) və hədislərin dediyinə görə haramdır.
“Təqvimul Məaric” kitabının sahibi Kahinlik haqqda yazır: Kəhanət (kahinlik elmi) elmdir. Qədim zamanlarda insanlar arasında yayılmışdır. İnsanlar peyğənbər olmayan bir zamanda Kahinlərə müraciət edirdilər. Kahinlərdə bəzi hadisələri yalan ya doğru müraciətçilərə deyirdilər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır