Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün 25 şəvval 24.9.2011 Hidayət Çırağının altıncı nurunun şəhadət günüdür. Bu gün İmam Zamanın (əccələllahu fərəcəhuş şərif) matəmə qərq olan günüdür. Bu gün İslam Dünyasının matəmələ dolu hüzünlü günüdür. Bu gün İslam Peyğənbərinin (səlləllahu əleyhi və alih) sinəsinə altıncı dərdli yaranın vurulan günüdür. Bu gün Allahın (cəllə cəlaluh) yer üzərində Bəşər və Cin tayfalarına qərar verdiyi 6-cı höccətinin və yer üzündəki xəlifəsinin zalım şeytan və onun övliyaları tərəfindən amansızcasına şəhadətə yetirilən günüdür.
Biz ABNA olaraq bu hüzünlü günü və müsibətli anları başda İmam Zaman həzrətləri (əccələllahu fərəcəhuş şərif) olmaqla onun haqq naibi İmam Xamneiyə və bütün dünya müsəlman və qeyri müsəlman xalqlarına baş sağlığı verir. Uca Allahdan hammınıza səbir və o həzrətin yolunu davam edənlərdən olmasını arzu edirik.
İmam Sadiqin (əleyhis səlam) elmi məqamı
İmam Sadiqin (əleyhis səlam) elmi İlahi tərəfdən ona atalarına verildiyi kimi, “Lədunni Elm” idi (yəni Allah öz elmin onlara əta etmişir). Bu səbəbdən də onun fəzilət və biliyi digər müəllim yanında dərs almış insanlardan müqayisə olunmaz həddə artıq idi.
Bütün məzhəb başçıları İmam Sadiqi (əleyhis səlam) hörmətlə yad edir və bir çox İslami və qeyri İslami elimlərin onun tərəfindən icad olunduğuna etiraf edirlər.
İmam Sadiqin (əleyhis səlam) yaşadığı dövran olduqca qalmaqallı və qatışıqlı bir dövran idi. Xeyli sayda müxtəlif əqidələrdə islam adı altında məktəblər yaranmaqda idi. Hətta qeyri İslami (Küfr) məktəblər belə sürətlə yranaraq insanlar arasında rəvac tapırdı. Buna misal “Zənadiqə” (zındıqlar yəni Allahı, Peyğənbərləri və Axirəti inkar edən materialistlər) məktəbinin peyda olunmasını diqqətə çəkmək olar. Yaxud İslam dini adı altında müxtəlif azğın Fiqhi (islam hüququ) məktəblərə misal gətirə bilərik ki, bu məktəblərin azğınlığı da onların İlahi Qanunları əsassız mənbələrə(Qiyas etməkliyə, İstehsana və nəzərə yaxşı gəlməkliyə, Şəxsi rəylərə və. s) istinad etməklə ələ gətirirdilər.
Bu səbəbdən də İmam Sadiqin (əleyhis səlam) qurduğu məktəb dövrünün misilsiz həqiqi İlahi akademiyasına çevrildi. Bu akademiyada Hədis, Təfsir, Kəlam (əqidə), Fiqh, Kimiya, Fizika, Riyaziyyat, Astranomiya və.s kimi dərslər keçirilirdi.
İlahi Akademiya Mədinə şəhərində yerləşirdi. Bütün islam məmləkətindən buraya təhsil almağa müxtəlif dərəcəli alimlər gəlirdi. İmamın dərsilərində 4000 şagird təhsil alırdı. Onların arasında bir çox tanınmış insanlar o cümlədən əbu Hənifədə var idi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır