22 sentyabr 2011 - 20:30

Zərdüş Əlizadə: "Bizim üçün Yunansıtan və İsrail Türkiyə qədər önəmli deyil"

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Xatırladaq ki, Yunanıstanın Xarici İşlər Nazirliyi Türkiyə ilə Şimali Kipr Türk Respublikası arasında imzalanmış “materik şelfi hüdudlarının müəyyən edilməsi” müqaviləsini “mənasız və etibarsız” sayıb.

O deyib: “Ümumiyyətlə, hesab etmirəm ki, onlar sabah Aralıq dənizi hövzəsində təbii qaz axtarışı ilə bağlı müharibəyə başlasınlar. Yunanıstan bu məsələdə mənafeyin qorumaq istiqamətində qətiyyətini bildirir. Düşünürəm ki, Yunanıstan və Türkiyə bununla bağlı razılığa gələcəklər. Çünki qaz hasilatı üçün əmin-amanlıq şəraiti olmalıdır”.

Z.Əlizadə vurğulayıb ki, digər tərəfdən Baş nazir Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəldiyi andan indiyədək Yunanıstan-Türkiyə münasibətləri xeyli yaxşılaşıb. Amma son vaxtlar bu, bir qədər gərginləşib. Burada İsrailin də rolu ola bilər. Çünki İsrailə maraqladır ki, əlaqələri pis olduğu Türkiyənin digər qonşuları ilə münasibətləri pisləşsin.

Politoloq deyib: “Yunanıstan və Türkiyə bir-birinə nə qədər hədə qorxu gəlsə də, nəticədə hər biri məcbur olub sözügedən məsələni beynəlxalq hüquq normalarına uyğun müəyyənləşdirəcək. Bundan sonra hüquq normalarına uyğun hansı ölkənin payı nə qədərdir bilinəcək. Çünki Aralıq dənizi hövzəsində təbii qaz axtarışı ilə bağlı Livanın, İsrailin, Yunanıstanın, Şimali Kipirin və həmçinin Türkiyənin də iddiyası var. Onlar bu iddia üstündə müharibə edən deyillər. Onlar məcbur olub ortaq məxrəc tapacaqlar”.

O, bütün xəbərdarlıqlara baxmayaraq, Yunan Kiprinin Aralıq dənizində təbii qaz axtarışı işlərinə başlaması ilə bağlı Baş nazir Rəcəb Tayyib Ərdoğan ilə ŞKTR prezidenti Dərviş Əroğlu arasında “materik şelfi hüdudlarının müəyyən edilməsi” ilə bağlı imzalanan sazişə münasibət də bildirib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: "İstənilən vəziyyətdən aslı olmayaraq, Azərbacan Türkiyənin daim yanında olacaq. Bizə başqa dövlətlərin heç biri Türkiyə qədər vacib deyil. Hazırda isqtisadi və digər sahələrdə bizim üçün Yunansıtan və İsrail Türkiyə qədər önəmli deyil". Bu sözləri SalamNews-a politoloq Zərdüş Əlizadə bildirib.