Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Əfqanıstanın Sülh Ali Şurasının sədri bu ölkənin paytaxtı Kabil şəhərində bir partlayış nəticəsində həlak olub.
Müxbirimizin verdiyi məlumata əsasən Əfqanıstanın sabiq prezidenti və bu ölkənin Sülh Ali Şurasının sədri Burhanəddin Rəbbani bu gün çərşənbə axşamı günü paytaxt Kabilin Vəzir Məhəmməd Əkbərxan məntəqəsində İŞĞALÇI ABŞ səfirliyi və Şimali Atlantika Alyansı NATO-nun Mərkəzi Qərargahının yaxınlığında bir partlayış nəticəsində dörd nəfərlə birlikdə həlak olub.
Əfqanıstan Sülh Ali Şurası İdarəsinin direktoru Məhəmməd Məsum İstaknezi və bu şuranın üzvü Vahidyar da bu partlayışda yaralanıblar. İndiyə qədər heç bir qrup və ya şəxs bu terror aktının məsuliyyətini üzərinə götürməyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır