Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
Tehran Radiosunun azəri xidmətinin Fars İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, İslam İnqilabı Pasdarlar Korpusunun sözçüsü polkovnik Həmid Əhmədi PEJAK qruplaşmasının atəşkəs xahişi ilə çıxışına işarə edib bildirmişdi ki, İslam İnqilabı Keşikçilər korpusunun ağır atəşi nəticəsində ağır xəsarətlər alan PEJAK qruplaşması atəşkəs xahişi ilə İrana üz tutub. Lakin İranın belə bir qərar qəbul edəcəyi mümkünsüzdür.
Polkovnik Əhmədinin dediyinə görə PEJAK-la atəşkəsin mənası yoxdur və bu qruplaşma hər şeydən əvvəl İran torpaqlarından kənara çəkilməlidir.
Əhmədinin dediyinə görə, son günlər ərzində PEJAK-la qarşı aparıla əməliyyat nəticəsində qruplaşmasının 30 üzvü öldürülüb, 40 nəfəri isə yaralanıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır