Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
Bu gün İsrail səfirliyi qarşısında aksiya keçirən dindarların həbs olunması barədə məlumat vermişdik. Məlumata görə, 30-a yaxın həbs olunanlar dindarlardan izahat alındıqdan sonra sərbəst buraxılıblar. Həbs olunanlar arasında 5 nəfər isə məhkəmə qərarı ilə müxtəlif cəzalar verilib. Belə ki, dindarlardan Tovhid İbrahimbəyov 7 sutka, Elxan Hüsyenov isə 5 sutka azadlıqdan məhrum ediliblər. Digər 3 nəfər isə pul cəriməsi olunaraq sərbəst buraxılıblar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır