Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
Bu barədə A.Süleymanovun vəkili Anar Qasımlı xəbər verib. Onun sözlərinə görə, qərarın qəbulunda kifayət qədər nöqsanlar olmasına və həbs qətimkan tədbirinin kifayət qədər əsaslandırılmamasına baxmayaraq apelyasiya şikayəti təmin edilməyib.
Vəkilin onu da bildirdi ki, Abgül Süleymanovdan başqa barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan islam partiyasının (AİP) təşkilati işlər üzrə müavini Arif Qəniyevin də apelyasiya şikayəti təmin edilməyib. A.Qəniyevin apelyasiya şikayətinə hakim Həsən Əhmədovun sədrliyi ilə baxılıb.
“Hər iki təqsirləndirilən şəxs məhkəmə iclasına gətirilmişdi. Proses A.Süleymanovun və A.Qəniyevin iştirakı ilə keçirilib”, - deyə A.Qasımlı bildirib.
Müdafiə tərəfinin növbəti addımların necə olacağını cavablandıran vəkil bildirdi ki, qarşıda həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırılacaq: “Eyni zamanda istintaqın gedişi ilə bağlı bir-sıra vəsatətlərimizdə olacaq ki, onları da istintaqa təqdim edəcəyik”.
Anar Qasımlının sözlərinə görə, bu işin istintaqı qətiyyən Milli təhlükəsizlik nazirliyinə aid deyil.
“Arif Qəniyevin işinə Sumqayıt polis idarəsində, Abgül Süleymanovun işinə isə İsmayıllı polis şöbəsində baxılmalıdır. Təəssüf ki, dediklərimiz bu gün qəbul olunmur. Çox güman ki, gələcəkdə bu məsələlər Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qiymətləndiriləcək”, - Anar Qasımlı belə dedi.
Xatırladaq ki, ölkənin tanınmış ruhanisi Hacı Abgül Süleymanov İsmayıllı rayonunun Lahıc kəndində qaynatasının evində olarkən, Arif Qəniyev isə Sumqayıt şəhərində şübhəli şəxs qismində avqustun 11 – də saxlanılıblar. Avqustun 13 –də hakim Elnur Həsənovun sədrliyi ilə Səbail rayon məhkəməsində hər iki şəxs barəsində 2 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır