Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
Türkiyə mətbuatına istinadən verdilən xəbərə görə, Qərbin İslam çoğrafiyasının tam ortasında İsraili yaratmaqda mikrob olaraq bu əraziləri daim "məşğul etmək" məqsədi güddüyünü söyləyən S.Özgündüz bildirib: “Suriya dövləti bu bölgədə Məscid-i Aksanın işğalçılarına qarşı mübarizə aparan mücahidlərin himayədarı və sığınacağı olub. İsrail, ABŞ və Avropa İttifaqı bu hökuməti yıxmaq istəyir. Bunu başa düşmək o qədər də çətin deyil. Suriyada olanlar ərəb ölkələri arasında Suriyadan daha azad bir ölkə olmadığını yaxşı bilirlər. Səudiyyə Ərəbistanı Suriyadan azad deyil. Səudiyyə Ərəbistanı Peyğəmbərə vəhy gələn yeri zibilliyə çevirib. Türk əsəri olan hər şeyi dağıdıblar. İndi də Bəhreyndəki silahsız xalqı qırırlar. İnsanları şiə olduqları üçün məscidlərdə qətlə yetirilirlər. İnsan haqları adına bir dərdləri varsa, desinlər, biz də bilək. Əgər belədirsə, türklərə qarşı xüsusi düşmənçiliyi olan, vəhhabilik rejimi ilə idarə edilən Səudiyyə rejimi ilə bu dostluq nədir? İndiyə qədər Suriya rejimi heç bir ərəb ölkəsinə hücum etməyib. Həmişə İsrail və imperialistlərə qarşı dik durub. Bəşər Əsədi öz xalqına məzhəbindən dolayı hücumlar edən Səddam Hüseyn ilə qarışdırmayın. Hökumətimizin Suriya məsələsində İslami birliyi, dövlət birliyini pozacaq, çoğrafiyanı dəyişdirəcək və İslam coğrafiyasını kiçik hissələrə parçalayacaq bir oyunun içində olmaq günahını əsla boynuna götürməyəcəyini bildiyim üçün içim rahatdır”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır