15 avqust 2011 - 19:30

Redaksiyada axtarış aparanlar Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarıdır

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:

İslam-Azeri saytının redaksiyasında axtarış aparılır. Bu barədə saytın əməkdaşları məlumat veriblər. Əməkdaşların  verdiyi məlumata görə, redaksiya yerində axtarış aparanlar Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarıdır. Hələ ki, axtarış zamanı heç nə tapılmayıb.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl saytın redaktoru Ramin Bayramov mülki geyimli şəxslər tərəfindən maşınla naməlum istiqamətə aparılmışdı. Bundan bir gün sonra MTN və Baş Prokurorluq Ramin Bayramovun narkotik və silah saxlamaqda ittiham olunması barədə rəsmi məlumat yaydı.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır