14 avqust 2011 - 19:30

Gəncəli ruhani Fəxri İlyasovun barəsində seçilən azadlıqdan məhrum etmə cəzası dəyişdirilib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:

Bu barədə Fəxri İlyasovun vəkili Elçin Namazov məlumat verib. Gəncə şəhər Appelyasiya məhkəməsində hakim Rəşid Məhərrəmlinin sədrliyi ilə keçirilən məhkəmə prosesində Fəxri İlyasov  Cinayət Məcəlləsinin 221.2.2 maddəsi ilə ittiham olunaraq barəsində seçilən 3 il 6 aylıq azadlıqdan məhrum etmə cəzası 2 il 6 aylıq müddəti ilə əvəz olunub.

Gəncəli ruhanilər  Azər Cəbiyev və Fəxri İlyasov Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi) ittiham olunurdular.

Qeyd edək ki, bundan əvvəldə digər gəncəli ruhani Azər Cəbiyevin barəsində seçilən qərar dəyişdirilmişdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır