Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
Məhkəmə başlayandan sonra Mövsüm Səmədovu vəkili Anar Qasımov vəsadətlə çıxış etdi. O, vəsadətində bildirdi ki, Mövsüm Səmədov barəsində seçilən ikinci həbs qətiimkan tədbiri avqust ayının 8-də sona çatır. Hazırda onun həbsdə qalması üçün heç bir qanuni əsas yoxdur. Ona görə də o, dərhal azadlığa buraxılmalıdır. Vəkil tərəfindən verilən vəsadət dövlət ittihamçısı tərəfindən etirazla qarşılandı. Məhkəmə Anar Qasımovun vəsadətini təmin etmədi. Bundan sonra təqsirləndirilən digər şəxslərin vəkilləri öz vəsadətlərini gələn məhkəmə prosesində verəcəklərini bildirdilər.
Sonra AİP sədri Mövsüm Səmədov vəsadətlə çıxış etdi. O, vəsadətində bildirdi ki, cinayət işinin materiallarında göstərirlir ki, biz guya silahlı qruplaşma yaradaraq ölkədə olan digər dini təriqətlərə qarşı silahlı basqın təşkil edəcəydik. Mən bilmək istəyirəm ki, digər dini təriqətlər dedikdə kimləri nəzərdə tutursuz?
- Dövlət ittihamçısı: özünüz ali təhsilli adamsız, özünüz bilməlisiz.
- Anar Qasımov: Biz istiyərdik ki, dövlət ittihamçısı aydınlıq gətirsin ki, digər dini təriqətlər dedikdə kimləri nəzərdə tutur. Digər vəkillərdə digər dini təriqətlər məfhumunun böyük olduğunu qeyd edərək, həmkarının fikirini dəstəklədilər və dövlət ittihamçısının məsləyə aydınlıq gətirməsini istədilər.
- A.Q: Bizə aydınlıq gətirin bu bizə aydın deyil.
- Vaqif Abdullayev: Bu analoqu olmayan bir ittihamdır. Digər dini təriqətlər dedikdə onu içində sünni, şiə, xristian və.s kimi dini təriqətlər ola bilər. Aydınlıq gətirin görək hansı dindən və təriqətdən söhbət gedir.
- Rufulla Axundzadə: Bu ittihamlar hamısı mənasızdır.
- Hakim siz dövlət ittihamçısına sual verə bilməzsiz.
Sonra Mövsüm Səmədov ifadə vermək və hakimin suallarını cavablandırmaq üçün ayağa qalxdı.
- M.S: Mən ilk öncə müqəddəs Ramazan ayı münasibəti ilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Bəşəriyyətdə bəzi insanlar vardır ki, onların vəzifəsi cəmiyyəti dağıtmaqdır. Əgər hər bir insan Allahın düz yolunda sabit qədəm olsa, heç kəs ona ziyan yetirə biməz. Dünyada insanlar həmişə öz əqidələrinə görə mübarizə aparıblar. Bu gün Azərbaycanda mənəviyyatsızlığın və zülmün ölkədə kök atmasının ən bariz nümunəsidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra sionist qüvvələr onu təsir altına alıb. Televiziyalara baxanda müsəlmançılıqdan əsər-əlamət yoxdur. Qəzetlərdə Peyğəmbərə karikaturalar çəkilir, məktəblərdə hicaba qadağa qoyulur, məscidlər sökülür. Heç bir müsəlman dövlətində belə hallar yoxdur. Hətta qonşu Rusiyada da hicaba qarşı belə hörmətsizlik edilmir. Artıq 3-ə yaxın məscid sökülüb. Belə bir hal indiyə qədər heç bir müsəlman ölkəsində mövcud olmayıb. Heç bir müsəlman ölkəsində görünməyib ki, Allahın evi məhkəməyə verilsin və ya sökülsün. Hicab problemi süni olaraq yaradılıb. Hətta hazırda postsovet ölkərində belə bir problem mövcud deyil. Əgər Qərbə inteqrasiya etmək istəyiriksə niyə bəs bu qədər ifrata varırıq. Avropa ölkələrində heç belə hallar mövcud deyil. Biz bu hakimiyyətə ona görə etiraz edirik ki, onlar sionistlərə tabe olublar. Onların dedikləri ilə oturub dururlar.
Siz məhkəmə olaraq indiyə qədər adi vəsatətləri belə qəbul etməmisiniz. Bu sizin ədalətsizliyinizdən xəbər verir. AİP-in indiyə qədər etdiyi etirazlarının əsas səbəbi bununla bağlıdır. Yanvar ayının 2-də çıxış etdikdən sonra həbs olunduq və bu günə qədər burdaydıq. Heç yerə qaçmamışdıq. Nə də ki, mənimlə birgə həbs olunan yaxınlarım qaçmamışdı. Əgər biz terrorçu dəstə olsaydıq öz evimizdə olmazdıq. Gedib başqa yerlərdə gizlənərdik. Mən tutulandan sonra o biri həbs elədiyiniz və guya mənimlə əlbir olaraq silahlı qruplaşma yaratmaq istəyən şəxslər niyə qaçıb gizlənmədilər. Bizi həqiqətdə nəyə görə həbs etmisinizsə ona görədə ittiham edin. Bizə deyin ki, əqidənizə görə, çıxışlarınıza görə ittiham olunursunuz. Daha belə oyunbazlıq, saxtakarlıq lazım deyil. Bizim əqidəmizdə sizin irəli sürdüyünüz terrora yer yoxdur. Biz terroru lənətləyirik. Siz isə bizi bundan ittiham edirsiniz.
Biz müstəntiqlə bu barədə söhbət edəndə o, deyirdi ki, biz çəkicik. Nəyi deyirlər onu eliyirik. Məndə ona dedim ki, Allah səni məgər çəkic yaradıb.? Sən bəyəm cansızsan.? Sonra müstəntiqlər qırmızı-qırmızı üzümə durdular ki, sən çıxışında cihad sözü işlətmisən. Ancaq mən çıxışımda əsla cihad sözü işlətməmişəm. Sonra müstəntiq və Anar müəllimlə biz birlikdə videoya baxanda həqiqətəndə mənim belə bir söz işlətmədiyimin şahidi oldular. Bundan sonra müstəntiq susub qaldı. Mən açıq elan eliyirəm ki, Azərbaycan hakmiyyəti də tarixə qarışacaq. Azərbaycan islam ölkəsidir. Azərbaycan xalqı həm ictimai, həm də siyasi prosesləri çoxdan keçib.
Mən 6 may aksiyasında tutulan məhbuslarla təcridxanada görüşdüm. Onlardan soruşdum ki,siz cavansız 22-23 yaşınız var. Ola bilsin 3-4 il müddətinə azadlıqdan məhrum olumbcavanlığınızı burada keçirdəsiz. Onlar mənim sualımı çox gözəl formada cavablandırararaq, həbslərinin Allah yolunda olduqlarını və buna görə Allah şükr etdikıərini bildirdilər.
- D.İ: Mətləbdən kənara çıxırsız.
- M.S: Çıxmıram. Sadəcə olaraq bizim dediklərimizin heç biri sizin xoşunuza gəlmir. 1996-cu ildə AİP qərbə baş əynmədiyi üçün vətən xaini oldu. Qərblə bağlanan neft müqaviləsinə öz etirazımızı bildirdik . Dedilər ki, bu Qarabağın xeyri üçündür. Bu sadəcə olaraq hakimiyyətin möhkəmlənəsi üçün idi. Biz Allaha pənah gətirmişik. Bu məhkəminin qərarından heç nə gözləmirik. Əsas odur ki, Allah istəyən olsun.
Biz yanvar ayının 6-da bizi mülki geyimli şəxslər heç bir sənəd təqdim etmədən məhkəməyə apardılar. Həbs olunanlardan birini buraxaraq digərlərini sutkalıq təcridxanaya məni isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Orada məndən ancaq çıxışımla bağlı suallar soruşulub. Bizi mütəşəkkil qruplaşma adlandırırlar. Biz həbs olunandan bu günə qədər daima hüquqlarımız tapdalanıb. Bizi həbs edəndə qanunsuz olaraq həbs ediblər. Həbs olunan gün məhkəmədə vəkillərlə təmin olunmağımızı istədik. Biz vəkillərlə təmin olunmadıq. İndidə məhkəmədə barəmizdə qaldırlan qondarma ittihamlar barədə suallar vermək istəyirik deyirsiz ki, sual verə bilməzsiz. Bu ittihamlardan görünür ki, əsl mətləbi gizlədərək lərin buyuruqlarına əməl edirlər.
- D.İ: Sizin probleminiz nədədir?
- M.S: Bizim problemimiz məscidləri sökülməsində, hicab problemində, dini təhsil alanların hüquqlarının pozulmasında və ölkədə baş alıb gedən islamafobiya halları iə bağlıdır.
- D.İ: Nə vaxtdan AİP-in üzvü olmusuz?
- M.S: 1993-cu ildə partiyanın üzvü olmuşam və 1995-ci ildə AİP-in Quba rayon komitəsinin sədri olmuşam. 2007-ci ildə isə AİP keçirlidiyi qurultayda AİP sədri olmuşam.
Bu vaxt Mövsüm Səmədovun halı pisləşdi. Məhkəmə də fasilə elan olundu.
Fasilədən sonra məhəkəmə prosesi davam etdi. Dövlət ittihamçısı növbəti suallarını səsləndirməyə başladı.
- D.İ: 1993-cu ildən AİP-in fəaliyyətində nə kimi dəyişiklər əldə olunub.
- M.S: Bu müddət ərzində partiyanın fəaliyyətində heç bir qeyri-qanuni hal baş verməyib. Partiya nizamnaməsinə uyğun olaraq fəaliyyətini davam etdirib.
- D.İ: A