8 avqust 2011 - 19:30

London və Birminqemdən sonra itişaşlar Liverpulda davam edir. Polisin verdiyi bəyanata görə, şəhərdə hüquqmühafizə orqanları ilə hiddətlənmiş gənc insanlar arasında toqquşmalar davam edir. Talançılar bir neçə maşını yandırmış və mağazaların vitrinlərini dağıtmışdılar.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:

Sənəddə o da deyilir ki, polislər şəhərdə bir neçə zorakılıq hadisəsinin şahidi də olublar. Hüquqmühafizə orqanları artıq küçələrdəki talançılığa dözməyəcəklərini, operativ və sərt ölçülər götürəcəkləri barədə bəyanat veriblər.

Rəsmi olmayan məlumatlara görə, dünən axşam  Mançesterdə və Bristolda da iğtişaşlar başlayıb.

Lakin kütləvi iğtişaşların mərkəzi hələ ki, London olaraq qalıb. Münaqişədə hətta 7 yaşlı uşaqlar  da (təqribən 50-yə yaxın) iştirak edib. Polis yerli sakinlərdən uşaqlara diqqət etmələrini və münaqişə zamanı evdən çıxmamağa çağırıb. Hadisə ilə əlaqədar 11-46 yaş arası 300 dən çox insan saxlanılıb. 69 nəfəri isə artıq ittiham olunur.

Böyük Britaniyanın  baş naziri  Devid Kemeron  bu gün İtaliyada olan məzuniyyətini yarımçıq qoyaraq Londona qayıdacaq. Xatırladaq ki, bir müddət əvvəl də baş nazirin müavini Nik Kleqq, DİN rəhbəri Tereza Mey və Londonun meri Boris Conson məzuniyyətdən yarımçıq qayıtmışdılar.

Bundan əlavə Britaniya deputatları  bu ilin iyul ayından  yay tətilinə ayrılmış Parlamentin vaxtından əvvəl çağırılmasını tələb ediblər. Qeyd edək ki, bu son on ildə  Parlament yalnız iki dəfə vaxtından əvvəl çağırılıb: 2001-ci il 11 Sentyağbr hadisələrindən sonra və 2002-ci il «İrak dosye»sini müzakirə etmək üçün.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır