Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
Çinin Sitsyan əyalətində kütləvi şəkildə yaşayan uyğur müsəlmanlar mübarək Ramazan ayının nə zaman gəldiyini hiss edə bilməyib. Buna səbəb, Ramazan ayında məscidlərə gedən, iftarlara riayət edən müsəlmanların təqib və həbs edilməsidir, - "İslam.com" xəbər verir.
“Əgər məsciddə xətib Ramazan ayını xatırladır və ya insanları oruca riayət etməyə çağırırsa, onu dərhal məsciddən uzaqlaşdırırlar”, - deyə Ümumdünya Uyğurlar Konqresinin nümayəndəsi Dilksat Raksit bildirib.
Dövlət sektorlarında çalışan müsəlmanlardan Ramazan ayı ərzində oruc tutmaqdan imtina edilməsi tələb edilir. Əks təqdirdə onların məvacibləri tutulur. Məktəblərdə də uşaqlar nahar etməyə vadar olunur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır