3 avqust 2011 - 19:30

General Qaseminin neft naziri vəzifəsinə gəlişi neft istehsal edən ölkələrin OPEK təşkilatında prezidentliyin rotasiya ilə İrana keçəcəyi bir vaxta təsadüf edir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:

İran parlamenti İnqilab Keşikçiləri komandiri və beynəlxalq sanskiyalar altında olan general Rüstəm Qaseminin neft naziri vəzifəsinə təyinatını təsdiqləyib.

Qasemi İranın nüvə proqramında roluna görə, ABŞ və Avropa İttifaqının sanksiyaları ilə üzləşir.

İran parlamentinin saytında yayılmış xəbər görə, general Qaseminin namizədliyini 264 millət vəkilindən 216-ı dəstəkləyib.

O, hərbi qüvvələrin hərbi sahəyə aidiyyatı olmayan nazir postuna yiyələnən ilk komandiri olacaq.

Əhmədinejad 2005-ci ildə vəzifəyə gəldikdən sonra İnqilab Keşikçiləri neft və qaz sektorunda çoxsaylı müqavilələr imzalayıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır