Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
Bu iddianı səsləndirənlərdən biri də erməni politoloq Hımayak Hovhannisyandır. Bu fikri təsdiq edən ekspert dünən mətbuata müsahibəsində deyib ki, 2012-ci il parlament seçkilərinə qədər ölkəsi yeni “Konstitusiya inqilabı” adlı inqilaba hazırlıq dönəmində olacaq. Hovhannisyanın fikrincə, ölkədə konstitusiyaya uyğun olmayan bir dönəm formalaşmaqdadır. İqtidar koalisiyası (Ermenistan Cümhuriyetçi Partiyası, Mürəffəh Ermənistan Partiyası, Hüquq Ölkəsi Partiyası) və radikal müxalifət Erməni Milli Konqresi tərəfindən artıq dəstək almaqdadır: ““Konstitusiya inqilabı” Millət Məclisi daxil olmaqla bütün milli qurumları “by pass” edərək qarşılıqlı əlaqələrlə yeni qrup yaradır və siyasi qərar vermə səlahiyyətini də öz üzərinə alır. Əgər koalisiya bütün məsələlərdə dialoqa hazır olduğunu bildirirsə, onda bu nəyə görə Millət Məclisində həyata keçirilmir? Müxalifəti bir araya gətirsinlər və problemləri bir yerdə həll etsinlər. Hazırki dialoq format konstitusiyada təsbit olunmasa da, bunu ona uyğun qəbul ediblər”.
Ekspert onu da qeyd edib ki, iqtidar və müxalifət təmsilçilərindən formalaşan yeni müzakirə qrupunun əslində növbədənkənar seçkilərə heç bir aidiyyəti yoxdur. O, fikrini belə əsaslandırıb ki, əksinə, iqtidar bununla, ona qarşı yönələn fikirlərə və ortaya atılan sübutlara sahiblənmək istəyir. Növbədənkənar seçkilər yeni dialoqa başlamaq üçün şərt kimi ortaya atılsa da, artıq danışıqlar başlayıb. Hər an iqtidar növbədənkənar seçkilərə ehtiyac olmadığını elan edə bilər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır