2 avqust 2011 - 19:30

Yanğının qarşısını almaq üçün FHN-in 2 helikopteri hadisə yerinə cəlb edilib Azərbaycanın Siyəzən rayonunda dağlıq ərazidə başlayan yanğın davam edir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verilən məlumata görə, otlaq sahənin yanması və ərazidə müşahidə edilən küləkli hava şəraiti alovun sürətlə yayılmasına səbəb olub. Nazirliyin 160 nəfərə qədər canlı qüvvəsi və 11 ədəd texnikası, o cümlədən 2 helikopteri Dərhal hadisə yerinə cəlb edilib. Yaxınlıqda yerləşən fermalar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Son məlumata görə, yanğının ümumi sahəsi, təxminən 500-600 hektar ərazini təşkil edir. Hazırda nazirliyin aidiyyəti qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində müvafiq iş aparılır

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır