Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
Ali-Xəlifə rejiminin məmurları Bəhreyndəki aksiyaçıların üzərinə gözyaşardıcı qaz və səsli bombalar atıblar. Bu məmurlar habelə xalqın yaşayış massivlərini hücuma məruz qoyublar.
Bəhreyndə İslami Əməl Hərəkatının rəhbərlərindin olan Raşid əl-Raşid hesab edir ki , hakimiyyət xalqın qarşısındakı rəftarlarında sadə qanunlara riayət etməməklə ölkədə gərginliyin yaşanmasına bais olub.
Bəhreynli qruplara görə, Ali-Xəlifə rejimi ölkədə yaşanan böhranın həllinə kömək etmək əvəzinə xalqın sakit aksiyalarını yatırmağa çalışır.
Ali-Xəlifə rejimi Bəhreyndə repressiya siyasətini şiddətləndirmək məqsədi ilə xarici qüvvələri xidmətə alıb. Bu istiqamətdə Ali-Xəlifə rejimi Bəhreyn Milli Qvardiyasına muzdlu ünsürləri xidmətə almaq məqsədi ilə Pakistan qəzetlərinə bildiriş verib. Bu bildiriş və çağırışda Bəhreyn rejimi ölkədə etirazları yatırmaq üçün özünün xüsusi təyinatlı qüvvələrini təkmilləşdirmək hədəfi ilə ordu və xüsusi təyinatlı qüvvələrdə təcrübəsi olan pakistanlı muzdluları Bəhreynin milli qvardiyasına qoşulmağa dəvət edib .
Bəhreyn rejiminin bu addımı elə bir haldadır ki, son aylar Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadan gələn muzdlular Bəhreyn hakimiyyətinin himayəsi altında olan təhlükəsizlik qüvvələri ilə yanaşı bu ölkədə geniş miqyaslı cinayətlər törədiblər .
İraq parlamentinin deputatlarından olan Cümə əl-Təvani son vaxtlar Misan vilayətində Bəhreyn xalqı ilə həmrəylik adı altında keçirilən böyük konfransda ifşa etdi ki, Ali-Xəlifə rejimi xalqı yatırmaq məqsədi ilə yüzlərlə xarici muzdludan o cümlədən Səddam fədailərindən istifadə edib .
Bəhreyn vətəndaşlığını almaq hədəfi ilə bu ölkəyə gəlmiş asiyalı mühacirləri silahlandırmaq Bəhreyndə sakit xalq etirazlarını yatırmaqda Ali-Xəlifə rejiminin sərt rəftarlarının digər hissələrindən olmuşdur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır