Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Qəzzafinin oğlu: “NATO bombardmanları dayandırsa belə, üsyançılara qarşı müharibə davam edəcək”
Müəmmər Qəzzafinin oğlu Seyf əl-İslam öz tərəfdarları qarşısında iddialı bəyanatlarla çıxış edib.
Seyf əl-İslam bildirib ki, NATO hökumət qoşunlarının mövqelərinin bombardman etməyi dayandırsa belə, üsyançılara qarşı müharibəni davam etdirəcək: “Heç kim düşünməsin ki, bu qədər qurban verdikdən, övladlarımız, qardaşlarımız, dostlarımız əzab çəkərək dünyalarını dəyişdikdən sonra biz döyüşü dayandıracağıq. Bunu unudun. Üsyançılara qarşı müharibə NATO-nun bombardmanları dayandırmasından asılı olmayaraq davam edəcək. Müharibə Sizlər öz fermanıza, evinizə, işinizə, ailənizin yanına qayıdana kimi davam edəcək”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır