Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikasının xarici işlər naziri: İran İslam Respublikası nüvə proqramını dayandırmayacaq və təzyiqlər qarşısında müqavimət göstərərək bir addım belə geri çəkilməyəcək.
Əli Əkbər Salehi Rusiya Əl-Youm telekanalı ilə müsahibədə bildirib: İran AEBA üzvü və nüvə silahlarını qadağan edən sazişin bir tərəfi kimi bu sazişə ehtiramla yanaşacaq. Çünki nüvə silahlarına qoyulan qadağa İran İslam Respublikasının da xeyrinədir.
Müşahidəçilərin fikrincə, İslam Respublikasının sülhsevər nüvə fəaliyyəti Qərbin yeganə problemi deyil. Əslində bu sübutsuz iddialarda əsas məqsəd iranofobiya siyasətləri və İranın digər ölkələrə təsir qüvvəsinin zəiflədilməsidir. Çünki İranın inkişaf xətti Qərbin inhisarçı siyasətləri və hegemoniyasına zərər vura bilər. Nüvə enerjisinin milliləşdirilməsi İranın tərəqqi etmiş təfəkküründən mənşələndiyi üçün Qərbin bunu görən gözü yoxdur. Ona görə də Amerika İranın nüvə silahları ardınca olduğu iddiasıyla bu ölkəyə təzyiqlərin çoxalmasını nəzərdə tutub. Elə bu məqsədlə də terrorizm və sui-istifadələr kimi təzyiqlər taktikasına əl atıb.
Həqiqətdə Qərb ölkələri İranın nüvə fəaliyyətini əldə bayraq tutaraq siyasi arenaya daxil olub. Onların fikrincə, İranı təzyiq altına salmaqala onu bu yoldan çəkindirməyə nail olub, öz siyasi istəklərinə çatacaqlar. Bu elə bir haldadır ki, bütün dünyada nüvə silahından istifadə edən, yüz minlərlə yaponiyalını ölümə sürükləyən ilk və yeganə ölkə Amerikadır.
Amerika etimad ediləsi bir ölkə deyil. Çünki o, həm İraqda, həm də Əfqanıstanda başladığı müharibə ilə təhlükəsizlik, terrorizmlə mübarizə və demokratiya ardınca olmadığını göstərdi.
Qərb ölkələrinin İranın nüvə proqramı haqda süst iddiaları bunu deməyə əsas verir ki, ABŞ və bir sıra müttəfiq ölkələr öz mənafelərini güdən siyasətə arxalanır. Amma AEBA-nın rəsmi hesabatlarında bunu sübut edən faktlar yoxdur. Bununla belə, bütün tərəflərin razılığına səbəb ola biləcək çıxış yolları heç vaxt faydasız olmayıb. Elə bu cəhətdən də, İran İslam Respublikası 2 il bundan əvvəl 5+1 qrupuna təqdim etdiyi təkliflər paketində öz həqiqi mahiyyətini nümayiş etdirsə də, qarşı tərəfin İranla müzakirə niyyəti olmadığını üzə çıxardı.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır