31 iyul 2011 - 19:30

Rejimi bürümüş antihökumət aksiyalarına bir gündə 150 mindən artıq insan qatıldı; Netanyahu diktator adlandırıldı. Sionist siyasətindən zinharə gəlmiş etirazçılar polis alayları ilə toqquşarkən əlbə-yaxa olublar. İsrail rejimin polisləri yüzlərlə etirazçıları tutaraq müvəqqəti həbs kaloniyalarına aparmışlar. Bəzilərinin yeri məlum deyil.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünyanı və eləcə Yaxın Şərqi bir birinə qatan, dünya xalqlarının inkişafına tab gətirməyən İşğalçı İsrail də öz payını aldı. Necə deyərlər “nə tökərsən aşına o çıxar qaşığına!” Rejimi bürümüş antihökumət aksiyalarına bir gündə 150 mindən artıq insan qatıldı; Netanyahu diktator adlandırıldı.

İyulun 30-da Bakı vaxtilə 23:00-da başda qondarma paytaxt Təl Əviv, Qüds, Hayfa, Ber Şeva, Aşdod, Nazaret olmaqla 11 müxtəlif şəhərdə eyni saatda təşkil olunan antihökumət aksiyalarına 150 mindən artıq insanın qatıldığı bildirilir. Etirazçılar hökumətdən daha ucuz mənzil və daha yaxşı həyat şəraiti tələb ediblər.

Sionist siyasətindən zinharə gəlmiş etirazçılar polis alayları ilə toqquşarkən əlbə-yaxa olublar. İsrail rejimin polisləri yüzlərlə etirazçıları tutaraq müvəqqəti həbs kaloniyalarına aparmışlar. Bəzilərinin yeri məlum deyil.

İki həftə əvvəl Dafni Lif adlı bir gənc qızın kirayə qaldığı evdən çıxarılmasından sonra Təl Əvivin məşhur “Rotşildt” prospektində çadır qurmasıyla başlayan etiraz dalğası böyüyərək bütün ölkə ərazisinə yayıldı. Daha ucuz yaşayış yerləri tələbiylə başlayan etiraz nümayişlərinə analar, aylardır hökumətlə uzlaşa bilməyən həkimlər, tələbə dərnəkləri, fəhlələr və ölkənin qərb hissəsində yaşayan vətəndaşlar qatılıb.

Etirazçılar “Sədəqə deyil, ictimai ədalət istəyirik”, “Hökumət xalqa, xalq hökumətə qarşı” şüarları səsləndiriblər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır