Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Norveçdə Reivik tərəfindən törədilən terror haqqında müəmmalar davam edərkən, bu haqda maraqlı açıqlamalar verilir.
Xəbərə görə, belə bir açıqlama İran Ordusunun Qərargah Rəisi General Seyyid Həsən Firuzabadidən gəlib.
O, hökumət binasının yaxınlığında, həmçinin Əmək partiyasının düşərghəsində törədilmiş terrorun arxasında sionistlərin durduğunu önə çəkərək deyib: "sionistlər insanları öz məqsədləri üçün oyuncaq edirlər".
Sionistlərin "xristian sionizmi" adı ilə dünyanı çaşdırdığını bildirən Firuzabadi bu əməlin sionistlərin məğlubiyyəti anlamına gəldiyini bildirib.
O dünyanı hədəfə alan sionizm qarşısında hər kəsin ayıq olmasının vacibliyini önə çəkib.
Əli
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır