30 iyul 2011 - 19:30

21 yaşlı Şəfa Nəcəfova iyulun 29-da saat 12:00 radələrində özünü həşəratları məhv etmək üçün nəzərdə tutulan preparatla zəhərləyib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Salyan rayonunda gənc qadın intihar edib.

Rayon Prokurorluğundan verilən məlumata görə, Şəkərli kənd sakini 21 yaşlı Şəfa Nəcəfova iyulun 29-da saat 12:00 radələrində özünü həşəratları məhv etmək üçün nəzərdə tutulan preparatla zəhərləyib.

Ağır vəziyyətdə Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Ş.Nəcəfova orada dünyasını dəyişib.

Faktla bağlı Cinayət məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Mərhumun iki azyaşlı uşağının olduğu bildirilir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır