Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünya Xərçəng Xəstəliyi Araşdırmaları Fondu və Xərçəng Araşdırmaları İnstitutu mütəxəssisləri, xərçənglə mübarizədə fayda verən qidaların siyahısını təqdim edir.
GÖBƏLƏK: Lentinan sayəsində xüsusilə mədə xərçənginə yaxşı təsir edir və ehtiva etdiyi zülal, beyin və əzələ sistemini gücləndirir.
PAXLALILAR: Zəngin zülal və turşularla məmə və prostat xərçənginə səbəb olan şişlərlə mübarizə aparır.
İSTİ ŞOKOLAD: Şokoladdakı antioksidan, prostat və məmə xərçəngi başda olmaq üzrə xərçəng meydana gəlməsini yavaşlandırır.
KƏTAN TOXUMU: Tumurcuqlarında olan zəngin zülal, xüsusilə prostat xərçənginin qarşısını almağa xeyirlidir.
SOĞAN-SARMISAĞ: Mədə, qırtlaq və bağırsaq xərçənginə qarşı təsirlidir.
BALIQ: Şişi müalicə etməyə yarayır.
ÜZÜM: Üzümdəki resveratrol, xərçəngə səbəb olan kimyəvi maddələri öldürür.
FINDIQ: Beta-karoten və E vitamini, şişlərin böyüməsini maneə törədir.
SOYA: Tərkibindəki zülal və vitamin, bədəndəki östrojen hormonunu artırır, məmə xərçənginə qarşı təsirlidir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır