30 iyul 2011 - 19:30

Dünya Xərçəng Xəstəliyi Araşdırmaları Fondu və Xərçəng Araşdırmaları İnstitutu mütəxəssisləri, xərçənglə mübarizədə fayda verən qidaların siyahısını təqdim edir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünya Xərçəng Xəstəliyi Araşdırmaları Fondu və Xərçəng Araşdırmaları İnstitutu mütəxəssisləri, xərçənglə mübarizədə fayda verən qidaların siyahısını təqdim edir.

GÖBƏLƏK: Lentinan sayəsində xüsusilə mədə xərçənginə yaxşı təsir edir və ehtiva etdiyi zülal, beyin və əzələ sistemini gücləndirir.

PAXLALILAR: Zəngin zülal və turşularla məmə və prostat xərçənginə səbəb olan şişlərlə mübarizə aparır.

İSTİ ŞOKOLAD: Şokoladdakı antioksidan, prostat və məmə xərçəngi başda olmaq üzrə xərçəng meydana gəlməsini yavaşlandırır.

KƏTAN TOXUMU: Tumurcuqlarında olan zəngin zülal, xüsusilə prostat xərçənginin qarşısını almağa xeyirlidir.

SOĞAN-SARMISAĞ: Mədə, qırtlaq və bağırsaq xərçənginə qarşı təsirlidir.

BALIQ: Şişi müalicə etməyə yarayır.

ÜZÜM: Üzümdəki resveratrol, xərçəngə səbəb olan kimyəvi maddələri öldürür.

FINDIQ: Beta-karoten və E vitamini, şişlərin böyüməsini maneə törədir.

SOYA: Tərkibindəki zülal və vitamin, bədəndəki östrojen hormonunu artırır, məmə xərçənginə qarşı təsirlidir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır