Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Müsəlman Azərbaycan Ordusunun zabiti şəhid olub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən şənbə günü verilən məlumata görə, zabit Elşad Həsənov İşğalçı Ermənistan silahlı qüvvələrinin Ağdamın işğal altındakı Yusifcanlı kəndindəki mövqelərindən Müsəlman Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutması nəticəsində başından yaralanıb.
Nazirliyin məlumatında qeyd olunub ki, Milli Ordunun zabiti iyulun 29-da axşam saat 20:30-da aldığı güllə nəticəsində dünyasını dəyişib.
23 yaşlı Elşad Həsənəli oğlu Həsənov Mingəçevir Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır