Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İyulun 27-də bir qrup gənc Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirib. “Media forum” saytının məlumatına görə, AXCP, KXCP, ADP, Müsavat və başqa partiyaların üzvlərinin iştirakı ilə keçirilən aksiyada Çində uyğur türklərinə qarşı aparılan repressiyalara etiraz bildirilib.
Səfirliyin qarşısında toplaşan gənclər etiraz şüarlarını yenicə səsləndirən kimi əraziyə cəlb edilmiş Bakı Şəhər Polis İdarəsinin əməkdaşları aksiyanı dayandırıb, Cəmil Quliyev, Ayxan Hacıbəyli, Emin Nəsibov, Osman Əhmədov da daxil olmaqla 10-a yaxın gənci həbs edib.
Azərbaycan Demokrat Partiyasının üzvü Emin Fərhadi aksiyanın bəyanatını oxuyarkən saxlanılıb. Gənclər Nəsimi Rayon Polis İdarəsinə aparılıblar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır