25 iyul 2011 - 19:30

“Gün gələcək və ermənilər o kilsədə sizin burda ibadət etdiyiniz kimi, ibadət edə biləcəklər”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İşğalçı ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza xristianlıq missyasını azərbaycanda tamamlamaqdan ötrü Qəbələ rayonunun Nic kəndindəki Udin icması ilə görüşüb və müsəlman məscidlərinin dağıdıldığı, antiislam siyasətlərinin genişləndiyi bir zamanda əliyevlər tərəfindən yenilənmiş Udin kilsəsinə baş çəkib.

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sonra səfir kilsə ərazisində icma üzvləri ilə nahar da edib və Udin icması ilə daha da yaxından tanış olub.

M. Brayza Cənubi Qafqaz regionunun zəngin mədəni irsini saxlamaq üçün Udin kilsəsinin bərpası kimi qoruyub saxlama layihələrinin vacibliyini qeyd edib: “Mədəni və dini abidələrin qorunub saxlanması siyasi, mədəni və dini fərqləri də üstələyən böyük bəşəri əhəmiyyətə malikdir. Sizin kilsənin, mədəniyyətinizin və dilinizin qorunub saxlanması müxtəliflik və tolerantlığa gözəl nümunədir. Bu yaxınlarda Bakıdakı erməni kilsəsində oldum və səmimi olaraq inanıram ki, gün gələcək və insanlar o kilsədə sizin burda ibadət etdiyiniz kimi, ibadət edə biləcəklər. Yerli rəsmilərin və vətəndaşların Allahın evlərinə göstərdiyi ehtiramı görməyə çox şadam”.

Səfirlikdən bildirilib ki, M. Brayzanın ziyarəti Qəbələ və Göyçay rayonlarına üçgünlük səfər çərçivəsində baş tutub. Səfər zamanı o, ABŞ-ın Sülh Korpusunun təşkil etdiyi gənc liderlər düşərgələrinin iştirakçıları ilə söhbət edib, icra başçıları ilə görüşüb və ABŞ-ın Beynəlxalq İnkişaf Proqramının (USAİD) məqsədi Göyçay rayonunda gəlirləri artırmaq və yeni iş yerləri yaratmaq olan Azərbaycanda Rəqabətlilik və Ticarət proqramından yararlanan nar emalı müəssisəsinə baş çəkib.

Qeyd edək ki, xristian misoneri M.Brayzanın yuxarıda dediyi sözlər bir daha onu subut edir ki, ABŞ işğalçıları Azərbaycanda məhz erməniləşmə siyasətini yürüdür və daim nə vaxtsa müsəlman torpaqları olan Cənubi Qafqazı xristianlaşdıracaqları günün həsrətindədirlər. Qarabağ işğalı, 20% müsəlman torpaqlarımızın ermənilərə verilməsi və qondarma Minsk qrupun 18 il ərzində Azərbaycanın lehinə heç bir işin görmədiyi üstəlik Azərbaycana sərt vetolar verərək heç bir zaman özünə və dindar əhaliyə arxalanmamasını bildirirlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır