24 iyul 2011 - 19:30

Beləliklə, qəbul edilmiş qanuna görə, niqab qadağasını pozan vətəndaşlar 137,5 avro məbləğində cərimə ödəməli olacaq, son həddə isə onları yeddi günlük həbs gözləyəcək

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Belçika ərazisində iyulun 23-dən etibarən ictimai yerlərdə niqabın qadağan edilməsi barədə qanun qüvvəyə minib, - “RİA Novosti” xəbər verir.

Beləliklə, qəbul edilmiş qanuna görə, niqab qadağasını pozan vətəndaşlar 137,5 avro məbləğində cərimə ödəməli olacaq, son həddə isə onları yeddi günlük həbs gözləyəcək.

KİV-lərin apardığı araşdırmaya görə, hazırda Belçikada yüzlərlə ərəb əsilli vətəndaş niqabdan istifadə edir. Buna görə də hüquq müdafiəçiləri qəbul edilmiş qanunu azlıqların hüquqlarını pozan və ayrı-seçkiliyə səbəb olan qanun hesab edir.

Artıq iki Belçika vətəndaşı yeni qanunvericiliyin ləğv edilməsi tələbi ilə Belçika Konstitusiya məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır