22 iyul 2011 - 19:30

Ağdam uğrunda döyüşlərdə Azərbaycan tərəfdən 6 mindən çox müsəlman şəhid olub.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: 1993-cü ilin iyulun 23-də Ermənistan silahlı qüvvələri Ağdam rayonunun əksər hissəsini zəbt edib.

Ağdam şəhəri 80 kəndlə bir yerdə işğal altındadır. 130 minə yaxın ağdamlı indi məcburi köçkündür.

Ağdam uğrunda döyüşlərdə Azərbaycan tərəfdən 6 mindən çox müsəlman şəhid olub.

İşğal nəticəsində rayona 13 milyard ABŞ dollarından çox ziyan dəyib.

Hazırda rayonunun inzibati mərkəzi Quzanlı kəndində yerləşir.

Pərvərdigara gün o gün olsun ki, bizim əllərimizlə müsəlman torpaqlarını bizə qaytarasan! Amin!

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır