Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: 1993-cü ilin iyulun 23-də Ermənistan silahlı qüvvələri Ağdam rayonunun əksər hissəsini zəbt edib.
Ağdam şəhəri 80 kəndlə bir yerdə işğal altındadır. 130 minə yaxın ağdamlı indi məcburi köçkündür.
Ağdam uğrunda döyüşlərdə Azərbaycan tərəfdən 6 mindən çox müsəlman şəhid olub.
İşğal nəticəsində rayona 13 milyard ABŞ dollarından çox ziyan dəyib.
Hazırda rayonunun inzibati mərkəzi Quzanlı kəndində yerləşir.
Pərvərdigara gün o gün olsun ki, bizim əllərimizlə müsəlman torpaqlarını bizə qaytarasan! Amin!













Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır