Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünən axşam saatlarında Müdafiə Nazirliyinin Salyan rayonu ərazisində yerləşən «N» saylı hərbi hissədə cəza çəkən iki əsgər hərbi hissənin ərazisini qanunsuz tərk edib. Mənbə bildirir ki, dünəndən etibarən onların axtarışı həyata keçirilir.
Bildirək Ki, Müdafiə Nazirliyinin balansında olan bu hərbi hissədə hərbi cinayət törətmiş əsgərlər saxlanılır və hərbi-polis rejimli bu hərbi hissə xüsusi rejimlidir.
Məlumatlı mənbənin sözlərinə görə, cəzalandırılmış əsgərlərin ikisinin hərbi hissədən qaçması artıq Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən də diqqətdə saxlanılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır