Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakıda qadın sürücü ağır yol qəzası törədib. Şahidlərin verdiyi məlumata görə, bu gün səhər saatlarında “Şəfa” stadionu yaxınlığında qadın sürücü idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən iki qadın piyadanı - 23 yaşlı Türkanə Hüseynova və onun bacısı, 19 yaşlı Aysel Hüseynovanı vurub. Piyadalardan biri hadisə yerində dünyasını dəyişib, digəri isə xəstəxanaya aparılarkən yolda keçinib.
Şahidlər bildiriblər ki, hadisə zamanı sürücünün piyadaları vurduqdan sonra avtomobili qəfil saxlaması bir neçə avtomobilin toqquşmasına səbəb olub.
Hadisəni törədən sürücünün adı açıqlanmır. Faktla bağlı Nizami rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır