21 iyul 2011 - 19:30

1 ölü, 1 yaralı

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumatına görə, Şəki rayonunun Kiş kənd sakini, 1971-ci il təvəllüdlü Məhərrəmov Şahin Şaiq oğlunun idarə etdiyi “VAZ 2109”, Çələbi Xan qəsəbə sakini Hüseynov Akif Faiq oğlunun idarə etdiyi “Qazel” markalı maşınla toqquşub. Qəza nəticəsində Şahin Məhərrəmov aldığı ağır kəllə-beyin beyin travmasından xəstəxanaya aparılarkən yolda dünyası dəyişib. A.Hüseynov isə xəsarətlərlə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şəki rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır