20 iyul 2011 - 19:30

Gələn məhkəmə avqust ayının 4-də keçiriləcək.

Hakim Bakı vaxtı ilə azadlıq məhkəməsini saat 14:00 saxlatmışdır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Vicdan uğrunda həbsə edilmiş Rufullah Axundzadənin yaxınlarının birindən əldə  etdiyimiz məlumata görə bu gün azadlıq uğrunda zindana salınmış Azərbaycan İslam Partiyası Lideri Hacı Mövsüm Səmədov və partiya funksionerlərinin, Hacı Zülfüqar Mikailzadənin, Hacı Fəraməzin, Firdovsi Məmmədrzayev və Dəyanət Səmədovun məhkəmələri keçirilmişdir. Hakim vəkillər tərəfindən verilən azadlıq vəsatətini qəbul etmiş və işə xitam verilməsini bu gün yaxud gələn məhkəmə prosesinə saxlanılması təklifini vermişir. Vəkillər son hökmün bu gün verilməsini tələb etmişlər. Hakim Bakı vaxtı ilə azadlıq məhkəməsini saat 14:00 saxlatmışdır.

14:00 keçirilən məhkəmədə hakim vəsatəti qəbul etməmiş və işi gələn məhkəməyə saxlamışdır. Zalda Rufullah Axundazədə ayağa qalxaraq onlara qarşı istintaq qrupu tərəfdən heç bir şahid olmadığı halda Qurana əl basmalarını tələb etmişdir. Məhkəmə bu işə mənfi cava verdikdə Rufullah Axundazədə onları “mübahiləyə” dəvət etmişdir. Məhkəmə yenədə bu işdən çəkinmişdir.

Gələn məhkəmə avqust ayının 4-də keçiriləcək.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır