15 iyul 2011 - 19:30

Ayətullah Vəhid Xorasani: “Musa peyğəmbər (ə) Allahdan İmam Zaman ağanın (ə.f.) məqamını istəmişdir”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ayətullah Vəhid Xorasani Şəban ayının 15-i astanasında çağırış vermiş və həmin günün axşamı cəm halda “Fərəc” duasını oxumağa dəvət etmişdir.

Çağırışın mətni belədir:

“Şəban ayının 15-i yaxınlaşmaqdadır. Bu ayda bir gecə var və həmin gecədə mövlud vardır. Həmin gecənin əzəməti və mövludun əzəmətinə idrakımız çatmaz. Şeyx Tayifə təqribən min il əvvəl “Misbahəl-mutəhəccid” adlı kitabında bu duanı zikr etmişdir: “Bu nə gecədir ki, bu duada Allaha həmin gecəyə görə and vermək lazımdır və o gecənin əzəməti o həddədir ki, İmam (ə) göstəriş vermişdir ki, deyək: “Bihəqqi leylətəna həza?””.

Ancaq o gecədə dünyaya gələn o insan. Allah səltənət sistemində günəşi yaratmışdır. Mələklər aləmində də sistem vardır. Mələkut aləminin günəşi Vəliyyi-Əsrdir. Sahibi-Zamandır. Əgər gözün günəşi görməyə qüdrəti varsa, ağlın da adı Sahibi-Zaman və Məhdi olan günəşin məqamını dərk etməyə qüdrəti vardır.

Həzrət Peyğəmbəri (s) tanımamışıq

Ömrümüz keçir, ancaq hələ də dərk etməmişik ki, hansı İmamın (ə) rəiyyətiyik? O zaman ki, İmam Zaman (ə.f.) tanınar, Xatəmül-Ənbiya tanınmış olsun. Niyə? Belə bir hədis vardır ki, bütün fəqihlər bu hədisin sənədinə əsasən əhkami məsələlərdə fitva verirlər. Fəqihlərin bu hədisə görə dəlilləri müxtəlifdir. Əksəriyyəti bu hədisi hüccət bilirlər, ancaq bəziləri fəqih Nəhrir kimi səhih hədislər kimi fitva verir.

Bu mövzu səhih hədisdədir. Həmin hədis belədir: “Əl-Məhdi mən vuldi ismuhu ismi və kuniyətih, kuniyəti, əşbəhun nəsi bi xəlqa və xulqa”. (Aləmdə sonuncu Peyğəmbərin adı və kuniyəsi heç kim üçün caiz deyildir, ancaq bir nəfər vardır ki, həm Xatəmin adı onun adıdır, həm də Xatəmin kuniyəsi onun kuniyəsidir).

Əvvəlcə baxaq görək Xatəmül-Nəbi kimdir? O, elə bir insandır ki, Quranda bir surə vardır. Bu surənin adı “Bələd”dir. Quranda olan başqa surələrin adı müxtəlifdir: “Yasin”, “Mulk” surələri kimi. Ancaq bu surənin adı “Bələd”dir. Bələd nə deməkdir? Şəhər deməkdir. Məşhəd şəhərdir, Mədinə şəhərdir, Məkkə şəhərdir. Milyard ulduzlar Onun iradəsi ilə kainatda fırlanır, bütün mümkün aləm onun “Ol” kəlməsi ilə var olmuşdur. Allah Peyğəmbərin (s) olduğu şəhərə and içir: “Çünki sən bu şəhərdəsən, Mən də bu şəhərə and içirəm”. Xatəmin əzəməti bu idi. Axı o, kimdir? O, elə bir kəsdir ki, Quranda belə bir surə vardır, “İsra” surəsidir və Allah buyurur: “Öz bəndəsini (Muhəmmədi (s)) Özümüzün (tövhid, qüdrət və hikmətimizin) bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscidul-Həramdan ətrafını (nazil olmuş mələklərin və oradan çıxmış peyğəmbərlərin mənəviyyatı, çoxlu ağacların yaşıllığı və çaylar ilə) mübarək (bərəkətli) etdiyimiz Məscidul-Əqsaya aparan Allah (hər bir eybdən) pak və nöqsansızdır”. (“İsra”, 1). Bəli, Allah bu ayədə buyurur ki, həmin gecə onu apardıq ki, öz nişanələrimizi ona göstərək.

Merac gecəsinin ulduzları

Quranda “Nəcm” adlı da bir surə vardır. Bəli, Allah bu surədə ulduza and içir. Bu surədə Peyğəmbərin (s) Meraca getməyindən bəhs edilmişdir. Belə ki, Peyğəmbərin (s) Meraca getdiyi gecə Allah gözündəki pərdəni götürür. On iki ulduz görür. Ulduzun birincisi İmam Əli (ə) idi. Sonra görür ki, bir ulduz sübh ulduzu kimi bu ulduzların arasında nur saçır. Soruşur: “Pərvərdigara! Bu kimdir?”. Allah tanış edir: “Bu Ali-Muhəmmədin Məhdisidir. İmam Zaman budur. Vəliyyi-Əsr məqamı budur”. Bu zaman həmin hədisi söyləyir: “Aləmdə sonuncu Peyğəmbərin adı və kuniyəsi heç kim üçün caiz deyildir, ancaq bir nəfər vardır ki, həm Xatəmin adı onun adıdır, həm də Xatəmin kuniyəsi onun kuniyəsidir”.

Həzrət Peyğəmbərin (s) adı Məhdiyə (ə.f.) məxsusdur

Həzrət Peyğəmbərin (s) iki adı vardır: Səma adı olan Əhməd və yer adı olan Muhəmməd. Bu iki adın hər ikisini Peyğəmbər (s) özü Həzrət Məhdiyə (ə.f.) hədiyyə etmişdir. Həm adını, həm də kuniyəsini. Adı Xatəmin adı, kuniyəsi Əbul Qasimdir. Bu ad və kunyə heç bir İmamda (ə) yoxdur, İmam Zamandan (ə.f.) başqa.

Buna görə də İmamı (ə.f.) tanımalıyıq. Peyğəmbər (s) buyurur ki, “əşbəhin nəs”, yəni aləmlərin bütün insanlarının həm xəlqində, həm də əxlaqında mənə bənzəyənlərin bütün xüsusiyyətləri onda öz əksini tapmışdır.

Bəs Peyğəmbərin (s) hansı xüsusiyyətləri var idi? Bu, bir elmdir ki, Allah buyurur: “Elmi o qədər əzəmətlidir ki, Əliyul Əzim olan Allah o elmi əzəmətli hesab etmişdir.” O zaman ki, əxlaqına çatır, buyurur ki, həm o elm və həm də o əxlaqın hər ikisi Ali Muhəmmədin Məhdisinə verilmişdir. İmam Zaman (ə.f.) budur.

Musanın Allahdan istədiyi arzu ki, yerinə yetmədi

Mərifət və elm nə qədər uca olarsa, dəyər də bir o qədər çox olar. Bu nə məqamdır, bu nə mənsəbdir? Quran oxu. Musa ibni İmran kimdir? Musa elə bir insandır ki, Allah ona doqquz nişanə vermişdi. Biri əsası idi ki, atırdı. Sehri bütün sehrləri udurdu. Nişanələrindən biri də bu idi ki, əlini paltarın qolundan çıxaranda dünyanı onunla işıqlandırırdı. Musa Allahın İmam Zaman ağaya (ə.f.) verdiyi təmkin və fəziləti mütaliə edir və deyir: “Ey Allah! Məni bu məqama çatdır”. Cavab gəlir: “Ey Musa! Bu məqam heç kim üçün mümkün deyildir”. Musa yenə nəzər salır və o fəziləti və kamalı görəndə yenə dua edir: “Ey Allah! Məni o, qərar ver”. Cavab gəlir: “Bu mümkün deyildir”. Üçüncü dəfə Musa dua edir: “Allahım, məni o Xatəmin canişini qərar ver”. Cavab gəlir: “Bu mümkün deyildir”. Bəli, budur İmam Zamanın (ə.f.) məqamı.

Həzrət Peyğəmbərin (s) mücəssiməsi gəlir

İmam Zaman ağa (ə.f.) gələn zaman sonuncu Peyğəmbərin (s) mücəssiməsi gələcəkdir. Bəzi nadanlar belə təsəvvür edirlər ki, gəlib, vurub-dağıdacaqdır. Bəs əgər bizi öldürsə, onda niyə onun intizarında olaq ki? Az da olsa şüur yoxdur ki, dərk etsin ki, bağı görmüsənsə, bağban da gələcək bağın tikanlarını qopardacaqdır. Öldürməlidir, yoxsa yox? Axı bağ güllərin böyüdüyü yerdir. Tikanın deyil. Necə ki, bağban bağdakı tikanları qoparar, İmam Zaman (ə.f.) da insanlıq bağının tikanlarını təmizləyəcəkdir. Əgər gülsənsə, böyüdəcəkdir.

Cərrah nə edər? O zaman ki, yara olar, cərrah əvvəl onu müalicə edər və dərman qoyar. Əgər dərman kömək etməsə, o zaman nə etmək lazımdır? Ya gərək bu adam ölsün, ya da bu yaranı əməliyyat etməlidir. O zaman ki, əməliyyat edib, həmin yaranı sağaldarsa, o zaman cərraha deyərlər ki, axı niyə bu yaranı əməliyyat etdin? İmam Zaman ağa (ə.f.) da insanlığın yarasını sağaldacaqdır. Budur, qılıncı da rəhmətdir, bəxşişi də rəhmətdir. Bütün varlığı rəhmətdir.

Allahım! Seyyidi-Şühədanın qanı xatirinə, zəhər içmiş Əli ibni Musa xatirinə bizlərə xüsusi nəzərini sal!

Təəcübləndirici kəramət

Şeyx Səduq Muhəmməd ibni Həsən Sirəfidən nəql edir ki, bu kişi Bələx torpağının sakini idi. Bələxin sakinləri mallarının vacibatlarını o kişiyə verirlər ki, Bağdada gəlib İmam Zaman ağanın (ə.f.) naibi Əbul Qasim Hüseyn ibni Ruha versin. İndi fikirləşin ki, Bələx hara, Bağdad hara. O zamanlar Tehrandan Məşhədə getmək üçün at ilə iki ay yol gedərdilər. O, həmin malı qızıl və gümüş külcə edir və səfərə hazırlaşır. Bir müddət yol gedir, çadırını çınqıllı bir yerdə qurur. Sonra külçələri sayır və birini itirdiyini görür. Bu kişi gedib, öz pulu ilə gümüş alır və Həmədana çatır. Orada gümüşləri külçə edir. Həmədandan sonra yola düşür və Bağdada çatır. Soraqlaşır ki, Əbul Qasim Hüseyn ibni Ruh haradadır? O zaman ki, onun evini tapır, bütün qızıl və gümüş külçələri ona verir. Bu, elə bir insan idi ki, İmamın (ə.f.) nəfəsini hiss edirdi. Muhəmməd ibni Həsən nigarandır və görür ki, Hüseyn ibni Ruh bu külçələri yoxlayır. Onlardan birini götürüb deyir: “Bu külçə bizim deyildir. Bizə aid olan külçə çınqılların arasında itmişdir. Sən də xəyanət etməmək üçün Həmədana çatanda onu alıb, yerinə qoymusan. Bu, özünə qayıdacaqdır, sən isə qayıdan da həmin yerdə çadır qur və itmiş külçəni axtar. Onu tapan zaman gələn səfər Bağdada gələndə məni görməyəcəksən, məndən sonrakı köməkçimə verərsən”.

Bu insan İmam (ə.f.) deyildir, ancaq elə bir insan idi ki, İmamın (ə.f.) nəfəsini hiss etmişdi və bu m