15 iyul 2011 - 19:30

Baş nazir kəllə beyin travması alıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İtaliyanın baş naziri Silvio Berluskoni vanna otağında duş qəbul edərkən yıxılaraq kəllə-beyin travması alıb. ANS PRESS-in Rusiya məlumatına istinadən verdiyi məlumata görə, bu məlumatı baş nazirin şəxsi həkimi Alberto Canqarillo verib.

Həkimin sözlərinə görə, 74 yaşlı Berluskoni müayinədən keçib və onda ciddi problemlər aşkar edilməyib. Həkimlər Silvio Berluskoniyə hər gün nahardan sonra 45 dəqiqə yataraq dincəlməsini də məsləhət görüblər.

Xatırladaq ki, Berluskoni 2009-cu ildə ona Massimo Tartalya hücum çəkərək üz nahiyəsinə xəsarət yetirdikdən sonra bu ilin mart ayında əməliyyat edilmişdi. Həkimlər 4 saat davam edən əməliyyatdan sonra baş nazirin dişlərini implant edərək, çənəsinin sınığını aradan qaldırmışdılar.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır