Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Rayon Polis İdarəsinin 33-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bu səhər Yeni Günəşli qəsəbəsində, “D” massivindəki ət dükanında qeydə alınıb. 24 yaşlı Amil Əliyev hələlik kimliyi müəyyənləşməyən şəxs və yaxud şəxslər tərəfindən küt alətlə qətlə yetirilib.
Hadisə şahidləri bildiriblər ki, qəssaba balta ilə bir neçə dəfə xəsarət yetirilib.
Hazırda əraziyə rayon Polis İdarəsinin və Prokrorluğun əməliyyat istintaq qrupu gedib, araşdırma aparılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır