Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Kornell Universitetinin əməkdaşları, başda fizik Moti Fridman olmaqla zamanda "dəlik" açdıqlarını bildiriblər.
Science News bildirir ki, bu zaman onlar işıq sürətinin idarə olunmasından istifadə ediblər. Qeyri-adi təcrübə bir neçə gün əvvəl onlayn rejimdə yayımlanıb.
"Temporal deşik" optik lifli kabeldə, iki "zaman linzası"nın köməyilə yaradılıb. "Zaman linzası" - kremniydən hazırlanmış xüsusi qurğudur, onun köməyilə optik liflərdə informasiyanın yerdəyişməsi (foton yığımı formasında) sürətləndirilir.
Linzadan keçən işığın bir hissəsi sürətlənir, bir hissəsi isə əksinə, yavaşıyır. Nəticədə kabeldə qara kəsik əmələ gəlir. Başqa bir linza isə kabeldəkilərin hamısını özünə çəkir. Qara dəlikdə baş verənləri heç cür fiksasiya etmək mümkün olmur, yəni bütün informasiya sanki zaman dəliyində yoxa çıxır.
Bu qəribə anomaliya saniyənin cəmi 15 trilyon kəsiyində baş verib. Nəzəri olaraq, linzaların arasındakı məsafə uzadılsa, bu müddəti mikrosaniyəyə qədər artırmaq olar.
Bundan artığını gözləməyin isə faydası yoxdur: cihazlar hələ o səviyyədə qurulmayıb. Böyük zaman dəliklərinin yaradılması üçün keyfiyyətləri nəinki fəzada, həmçinin də zamanda dəyişə bilən xüsusi metamateriallar tələb olunur.
Əşya və materialların optik xüsusiyyətləri ilə manipulyasiyalar insanlığın bir çox arzularını gerçəkləşdirə biləcək, məsələn "gözəgörünməz plaş"ın yaradılması kimi. Yeri gəlmişkən, bu yaxınlarda britaniya alimləri bəyan eləmişdilər ki, belə bir plaşı kalsitdən yarada biliblər.
Bu sahədəki başqa bir irəliləyiş isə obyektləri görünən işıq spektrində gizlədə bilən metamaterialın yaradılması olub. Bundan əvvəlki məlum metamaterialların hamısı yalnız gözlə görünməyən diapazonda şüalandırma üçün istifadə edilirdi. Çətinlik isə bunda idi ki, görünməz spektrin dalğalarının uzunluğu görünən spektrinkindən daha böyükdür. Yeni metamaterialın quruluşu isə elədir ki, hətta çox qısa dalğalarla işləməyə imkan verir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır