14 iyul 2011 - 19:30

Liviya diktatoru özü ilə bərabər bütün Tripolini məhv etmək planı hazırlayıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İyulun15-də İstanbulda keçiriləcən Liviya Təmas Qrupunun toplantısından öncə Rusiya prezidenti Dmitri Medvedevin xüsusi nümayəndəsi Mixail Marqelov jurnalistlərlə görüşdə şok məlumatla çıxış edib. Liviya diktatoru ilə bir neçə dəfə görüşən Marqelov yerli və xarici qüvvələr tərəfindən paytaxt Triplonin mühasirəsinin davam edəcəyi təqdirdə Qəzzafinin intihar planına əl atacağını söyləyib. “İzvestiya” qəzetinə açıqlamada Marqelov bildirib ki, Liviya baş naziri ilə görüş zamanı hökumət başçısı rusiyalı diplomata Tripoliyə yaxnlaşan üsyançıların top və mərmilərlə məhv ediləcəyini deyib. Baş nazir intihar planına əsasən paytaxtın tamamilə məhvini hətta Müəmmər Qəzzafinin özünün də ölə biləcəyini istisna etməyib.

Liviyalı üsyançılar isə ölkədəki vətəndaş müharibəsinə son qoymaq üçün Müəmmər Qəzzafi ilə danışıqlar aparılmasına dair xəbərləri təkzib edib. Üsyançıların lideri Mahmud Cibril Qəzzafi rejimi ilə Milli Keçid Şurası arasında danışıqların aparılması barədə məlumatların yalnış iddia olduğunu söyləyib. Cibril bu açıqlamanı Brüsseldə İşğalçı NATO rəsmiləri ilə görüşü zamanı deyib.

Xatırladaq ki, bir neçə gün öncə Fransanın baş naziri Fransua Fiyon Rusiya və Afrika Birliyinin Liviya üsyançıları ilə hökumət arasında danışıqların aparılmasında vasitəçilik təşəbbüslərinin olduğunu bildirmişdi. Xarici işlər naziri Alen Jüpe isə Liviya diktatorunun hakimiyyətdən getməyə razılıq verdiyini bəyan etmişdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır