Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Qəndəharda "xalq edamı" olub.
Əfqanıstan prezidenti Həmid Kərzayinin ögey qardaşı Əhməd Vəli Kərzayın qatili asılıb.
Əfqanıstanın dövlət başçısı ilə ata bir, ana ayrı qardaş olan Əhməd Vəli 2010-cu ildən bəri ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edir, amerikalılardan pul alaraq "Taliban"a qarşı mübarizə dəstələri yaradırdı.
Onu qətlə yetirmiş Sərdar Məhəmməd isə 7 ildən bəri Əhməd Vəlinin "sağ əli" sayılırdı.
Əhməd Vəli ilə eyni tayfadan olan Sərdar Məhəmməd onun ən sədaqətli adamlarından biri hesab olunurdu.
Dünənsə Sərdar Məhəmmədin yaşıl ipdən asılmış cəsədi Qəndəhardakı binalardan birinin qarşısında yellənib.
Qəndəhar vilayətinin qubernatoru olmuş Əhmədi Vəli Kərzayinin doğma kəndi olan Kərzdəki dəfn mərasimində onun qohumları qatilin arxasında duran adamları mütləq tapacaqları və edam edəcəklərini vəd etmişdilər.
Əhməd Vəlinin kiçik qardaşı Şah Vəli isə edamın "ədalətli qərar" olduğunu bildirib.
Əhməd Vəli Kərzayinin "Taliban"ın sifarişi ilə qətlə yetirildiyi bəllidir.
Mütəxəssislərin fikrincə, Əhməd Vəli Kərzayi qətlə yetiriləndən sonra Qəndəharda vəziyyət gərginləşib. "Taliban"ın vilayətdə nüfuzu artıb və taliblər faktiki olaraq Qəndəhara tam nəzarət etməyə başlayıblar.










Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır