Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakının Nizami rayonunda intihar hadisəsi baş verib. Məlumatı Rayon Polis İdarəsin yayıb.
Hadisə bu gün saat 14.00 radələrində, Q. Qarayev prospekti, 81 ünvanında qeydə alınıb. Həmin ünvanda 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yaşayan, 33 yaşlı Ülfanə Quliyeva yaşadığı evin eyvanından özünü atıb. O, yerindəcə keçinib. İntiharın səbəbləri məlum deyil.
Polisdən həmçinin bildirilib ki, Ü.Quliyeva 3 uşaq anasıdır. Həyat yoldaşı bir neçə gün əvvəl işləmək məqsədi ilə Rusiyaya gedib. Hadisə baş verən zaman mərhum evdə tək olub.
Faktla bağlı araşdırma aparılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır