Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakıda qadın maşın oğrusu saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 12-də saat 01.06-da Bakı şəhər sakini Mehdi Qəhramanov polisə ərizə ilə müraciət edərək Qara Qarayev prospektindən “Lexus” markalı avtomaşınının qaçırılmasını bildirib.
Nizami Rayon Polis İdarəsi 24-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış İlahə İmanova saxlanılıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır