12 iyul 2011 - 19:30

Dəfn mərasimində Əfqanıstanın bir sıra yüksək rütbəli məmurları iştirak edib. Terrorçuların hədəfində məhz onların olduğu istisna deyil.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Əfqanıstan prezidenti Həmid Kərzainin dünən qətlə yetirilmiş qardaşı Əhməd Kərzai bu gün dəfn olunub.

«İTAR-TASS»ın verdiyi məlumata görə, onun dəfn mərasimində bir-birinin ardınca iki güclü partlayış baş verib. İnsan tələfatı haqda hələ ki məlumat yoxdur.

Qeyd edək ki, dəfn mərasimində Əfqanıstanın bir sıra yüksək rütbəli məmurları iştirak edib. Terrorçuların hədəfində məhz onların olduğu istisna deyil.

Xatırladaq ki, Əhməd Kərzai dünən öz evində qətlə yetirilib. «Taliban» qətlə görə məsuliyyəti öz üzərinə götürüb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır