11 iyul 2011 - 19:30

Xərçəng xəstəliyinin son mərhələsində olan vəliəhd dünən komaya daxil olub.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ərəbistanın 85 yaşlı vəliəhdi Sultan İbn Əbdüləziz Ali-Səud komadadır.

İRNA adının gizli saxlanılmasını istəyən məlumatlı bir mənbəyə istinadla bildirib ki, xərçəng xəstəliyinin son mərhələsində olan vəliəhd dünən komaya daxil olub və həkimlər xəstənin vəziyyətinin ümidverici olmadığını bildirirlər.

Bu məlumatlı mənbə həmçinin bildirib ki, Ərəbistan vəliəhdini müalicə edən həkimlər xəstədə yaşam əlamətlərinin bir daha müşahidə olunacağı ehtimalını sıfıra bərabər hesab edirlər.

Sultan İbn Əbdüləziz Ali-Səud Ərəbistanın vəliəhdi olmaqla yanaşı nazirlər şurası sədrinin müavini, müdafiə naziri, hava qüvvələri komandanı və Ərəbistanın Baş Təftiş İdarəsinin rəisi vəzifələrini də icra edir.

Ərəbistan vəliəhdinin ölümü ilə Ali-Səud hökumətində indiyə kimi gizli və üstüörtülü formada aparılan qüdrət mübarizəsi yeni mərhələyə daxil olacaq və ölkədə bir sıra dəyişikliklərin baş verəcəyi gözlənilir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır