Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İki gün öncə Hicab.org-la telefon söhbətində Mübariz Ruhanilər Cəmiyyətinin Ali Şurasının üzvü Hacı Seyran Rzayev “100 min imza” kampaniyası ilə bağlı İslam-azeri ünvanlı saytda gedən yazıya münasibət bildirib. Hacı Seyran deyib:
“Mən İslam-Azeri-nin telefonla müraciətinə cavabımda MRC-nin mövqeyini təkrar etmişəm. Qeyd olunmuş Quran ayəsini yada salıb bu kampaniyanın xahiş formasında olmasını möminlərin izzətinə layiq saymamışam. Qeyd etmişəm ki, bu kampaniya tələb formasında münasib olardı. Yazıda bundan əlavə nə varsa, mənim sözlərim deyil.”
Qeyd edək ki, 9 iyul tarixində islam-azeri.az saytı Hacı Seyran Rzayevin mövqeyini MRC-nin ruhanisi: "Biz buna razı deyilik!" başlığı ilə yayımladıqları açıqlamada aşağıdakı yazını dərc etmişlər:
"Quran ayəsində də buyurulur: Halbuki şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər! Belə bir halda möminlərin izzətini sındırmaq olmaz. Bütün bu zəhmətlərdən sonra xahiş kimi nəisə yazaq kiməsə çatdıraq. Möminlərin izzətini sındırmaq olmaz. Bu nəzəriyyəni verənlər bu günlərə kimi hardaydılar? İndi gəliblər meydana özüdə bu cür. Biz bununla razı deyilik".
Çox maraqldır ki, bəzi ölkə xaricində yaşayan şəxslər Azərbaycandakı məsələlərə müdaxilə edərək ölkə səviyyəsində zəhmət çəkmiş müqavimətçilərə qarşı "qara piar" kampaniyasına başlayıblar. Bu şəxslər iddia edirlər ki, guya etdikləri Vilayətə bağlıdır. Vilayəti isə biz İran deyil, Vəliyyi Fəqih hesab edirik. Bu baxımdan da, şəxsən onun öz saytındakı açıqlamanı bizə təqdim etsələr düz danışanlardan hesab olunarlar. Necə ki, Quran buyurur: "əgər düz danışanlardansızsa dəlil gətirin". Digər məsələ 200-300 nəfər söhbətidir ki, bu məsələdə də yanılıbdır. Çünki, istər məscid, istərsə də hicab məsələlərində mitinqlərdə iştirak edən "minlər" məhz 200-300 kimi göstərilən bu toplumdur. O toplum ki, bəziləri vətənə qayıtmağı cürət edə bilməyəndə aksiyalarda "dubinka"nın altına başını verirdilər. Məhz Hacı Tale Bağırov bu toplumun ruhanilərindəndir. Biz həbsdə olan ruhanilər başda Hacı Mövsüm Səmədov. Seyyid Fəramiz, Seyyid Fəxri və Seyyid Azəri də məhz bu toplumun ruhanilərindən hesab edirik. Sadəcə bu şəxslərə məsləhət görürük ki, Vilayətin balaradırlarsa onda Vəliyyi Fəqihin Azərbaycandakı nümayəndəsinin barəsində danışdıqlarına tövbə etsinlər.
Lakin 10 iyul tarixində MRC-nın Ali Şurasının üzvü Hacı Seyran Rzayev Hicab.org-la telefon söhbətində məhz yuxarıda qırmızı yazılarla qeyd etdiyimiz “P.S”-ız yazıya öz etirazını bildirmişdir. Elə həmin gün 14:34-də islam-azeri.az saytı "Hacı Seyranın səsinin audiosu yayımlanacaq" başlıqlı yazıda yuxarıda qırmızı yazılarla qeyd etdiyimiz yazını silmişdir.
Hacı Seyran Rzayevin etirazını islam-azeri.az saytında yayımlanan audio yazısına qulaq asdıqda da açıq-aşkar başa düşmək olur ki, “P.S”-ız qeyd olunmuş yazılar onun sözləri deyilmiş.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır